HAQQIMIZDA

Uniforex - Azərbaycanda Forex xidməti təqdim edən ən qabaqcıl brokerlərdən biridir. Mükəmməl reputasiya, müştəriyönümlülük və xidmətin inkişafına innovativ yanaşma bizə uğur və müştəri rəğbətini qazanmağa yardımçı olmuşdur. 

Uniforex 2013-cü ildə yaradılıb və Azərbaycanın ən öndə gedən banklarından biri olan Unibank-ın tərkibində fəaliyyət göstərirdi. 2016-ci ilin yanvar ayından isə müvafiq lisenziyaları yeniləyərək Unibank-ın törəmə şirkəti olan Unicapital İnvestisiya Şirkətinin tərkibində fəaliyyətini davam etdirir.

Uniforex-ın məqsədi - Sizin daha uğurlu ticarətinizdir! Biz Treyderlərimizi güclü terminalla və ən uyğun ticarət şərtləri ilə təmin etdik! 

Ofisimiz Bakı ş., R.Behbudov küç. 55 ünvanında yerləşir. Həftənin 5 günü saat 09:00-dan 18:00-dək dəyərli Müştərilərimizə xidmət göstəririk. Uniforex-da Real hesab açıb, dünya valyuta bazarlarına qoşulmaq üçün Unibankın istənilən filialına yaxınlaşa bilərsiniz.