Xidmətin göstərilməsi və ticarətin təşkili haqqında məlumat

Ticarət təşkilinin modeli barəsində məlumat:

"Unicapital İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətində Fərq müqavilələri üzrə Marja ticarəti A modeli* əsasında təşkil edilir.

A modeli* -  bu model əsasında fəaliyyət göstərən İnvestisiya Şirkəti bütün Müştəri sifarişlərini, o cümlədən, ticarət terminalında formalaşan kotirovkaların müəyyən edilməsi prosedurunu tərəfdaşlıq etdiyi likvidlik təminatçılarına ötürməklə icra edir.

Spredlər haqqında məlumat:

Uniforex-da bütün alətlər üzrə spredlər (alış və satış qiymətləri arasındakı fərq) tam olaraq bazar şəraətində formalaşır. Bu səbəbdən bütün əməliyyatların şərtləri yalnız qlobal valyuta bazarı tərəfindən diktə edilir. 

Spredlər haqqında dəqiq məlumatı əldə etmək üçün Uniforex-ın təlim (demo) terminalını yükləyib, qiymətlərlə real vaxt rejimində tanış ola bilərsiniz.

Ticarətə başlamazdan öncə Uniforex hər bir alət üzrə xüsusiyyətlərə (spred,svop komissiyası və s.) nəzər yetirməyinizi tövsiyyə edir.

Marja Çağırışı səviyyəsi və açıq mövqelərin bağlanması haqqında məlumat:

Marja çağırışı – Müştəri hesabındakı pul vəsaitlərinin azalaraq müəyyən olunmuş minimal səviyyəyə düşməsi barədə İnvestisiya Şirkəti tərəfindən müştəriyə edilən xəbərdarlıqdır. 

Marja Çağırışı səviyyəsi təminat səviyyəsi üzrə 100% həddi hesab olunur. Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan 100%-ə qədər aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa, İnvestisiya Şirkəti Müştəriyə mümkün olan ən qısa müddət ərzində öz hesabını möhkəmləndirməyi və ya öz açıq mövqelərinin bir hissəsini bağlamağı tövsiyə edir.

Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa, Investisiya Şirkəti daha böyük zərərin qarşısını almaq məqsədi ilə Elektron ticarət platformada Müştərinin cari bazar məzənnəsi üzrə açıq mövqelərini avtomatik olaraq bağlayır. Uniforex-da açıq mövqelərin avtomatik bağlanış həddi təminat səviyyəsinin 20% və ya 30% həddləri ilə müəyyən edilib.  Valyuta bazarında baş verən hadisələrlə bağlı, mövqelərin bağlanış həddi("Stop-out") təyin olunmuş faizdən fərqli faizdə icra oluna bilər.

Maliyyə alətlər üzrə kredit həddi:

Hər maliyyə aləti üzrə kredit həddi qirov tələbindən asılı olaraq dəyişir, bu məlumat ticarət terminalında alətlərin "xüsusiyyətlər" bölməsində qeyd olunub. Ticarətə başlamazdan öncə Uniforex alət üzrə xüsusiyyətlərlə tanış olmanızı tövsiyyə edir.

Fərq müqaviləsi roloveri barədə məlumat:

Fərq müqaviləsi roloveri – baza aktivinin müddətindən asılı olaraq açıq mövqelərin növbəti müddətə keçirilməsi prosesidir. Baza aktivi müddətli müqavilə olan (fyuçers) maliyyə alətinin ticarət şərtlərinə uyğun olaraq, Müştərinin müvafiq əməliyyatları dayandırılmadan nəticəsi növbəti fyuçersin qiyməti ilə hesablanır. Bu zaman isə Müştərinin müvafiq əməliyyatlarına Fərq müqaviləsi roloveri (“Swap rollover”) komissiyası tətbiq edilir.

Müştərinin hesabına tətbiq edilən “Swap rollover” komissiyası aşağıdakı düsturla hesablanır:

Image title

FMR = Fərq müqaviləsi roloveri

V = Həcm

PF0 = Baza aktivi olan cari fyuçers müqaviləsinin cari qiyməti

PF1 = Baza aktivi olan növbəti fyuçers müqaviləsinin cari qiyməti

PF1 = Baza aktivi olan növbəti fyuçers müqaviləsinin cari qiyməti

SD = Günlük "Swap" xərci

Risklər haqqında bildiriş:

Marja ticarəti əməliyyatlarının nəticəsi mənfəət kimi zərərlə də yekunlaşa bilər. Bu səbəbdən, ticarətə başlamadan öncə qarşılaşa biləcəyiniz riskləri anlamalı və risk imkanlarınızı nəzərə almanız tövsiyyə olunur. 

1. İnvestisiya şirkəti tərəfindən açılacaq real hesablar və bu hesablarla aparılan bütün marja əməliyyatları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Palatanın müəyyən etdiyi normativ xarakterli aktlara və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.

2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.

3. Real hesablarla əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.

4. Alqı-satqı əməliyyatlarında sizə təqdim edilən qiymətlər və spredlər ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.

5. Ticarət əməliyyatlarına başlamadan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya, svop və spred əlavələri) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın qeyd edilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən formada və yazılı məlumatlandırma tələb etmək hüququna maliksiniz.

6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də qiymət boşluqları və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.

7. Marja çağırışının hansı formada (platforma, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.

Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.

Qəbul edilmiş məlumatların saxlanılması və istifadəsinə dair şərtlər:

İnvestisiya Şirkəti Müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların gündəlik uçotunu aparır və həmin məlumatları hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq arxivləşdirir. 

İnvestisiya Şirkəti Müştərilərin müqavilə üzrə və qanunvericilikə müəyyən olunmuş digər məlumatlarını həm elektron həm də fiziki daşıyıcılarda saxlayır.

Əməliyyatların keçirilməsinə imkan verən minimum və maksimum lot ölçüsü:

"Uniforex Trading Station" terminalında təqdim olunan alətlər üzrə minimum və maksimum ticarət olunan lot ölçülərini nəzərinizə çatdırırıq:

Symbols Min lot Max lot    Symbols Min lot Max lot   Symbols Min lot Max lot
EURUSD 0,01 200       USDTRY 0,01 50        GBPDKK 0,01 50
USDJPY 0,01 100   EURTRY 0,01 50   GBPHUF 0,01 50
AUDUSD 0,01 100        GBPTRY 0,01 50   GBPPLN 0,01 50
GBPUSD 0,01 100   TRYJPY 0,01 50   GBPNOK 0,01 50
USDCHF 0,01 100   GBPNZD 0,01 50   GBPSEK 0,01 50
USDCAD 0,01 100   EURDKK 0,01 50   NZDSEK 0,01 50
EURGBP 0,01 50   EURSGD 0,01 50   NZDDKK 0,01 50
EURCHF 0,01 50   NZDSGD 0,01 50   EURZAR 0,01 50
EURJPY 0,01 50   CADSGD 0,01 50   USDZAR 0,01 50
CADJPY 0,01 50   GBPSGD 0,01 50   USDRUB 0,01 50
CHFJPY 0,01 50   CHFSGD 0,01 50   XAUUSD 0,01 100
AUDJPY 0,01 50   USDSGD 0,01 50   XAUEUR 0,01 100
AUDCHF 0,01 50   USDHKD 0,01 50   XAUGBP 0,01 100
GBPCHF 0,01 50   USDDKK 0,01 50   XAUCHF 0,01 100
GBPAUD 0,01 50   SGDJPY 0,01 50   XAUAUD 0,01 100
GBPCAD 0,01 50   SEKJPY 0,01 50   XAGUSD 0,01 50
AUDCAD 0,01 50   NOKJPY 0,01 50   XAGEUR 0,01 50
NZDCAD 0,01 50   NOKSEK 0,01 50   XAGGBP 0,01 50
NZDUSD 0,01 50   EURHKD 0,01 50   XAGCHF 0,01 50
NZDJPY 0,01 50   EURNOK 0,01 50   XAGAUD 0,01 50
EURAUD 0,01 50   EURSEK 0,01 50   DJ 30 0,1 10
EURCAD 0,01 50   EURCZK 0,01 50   S&P 500 0,1 10
GBPJPY 0,01 50   EURHUF 0,01 50   NAS 100 0,1 10
CADCHF 0,01 50   EURPLN 0,01 50   US Oil 0,1 10
NZDCHF 0,01 50   CHFNOK 0,01 50   US N. Gas 0,1 10
EURNZD 0,01 50   CHFPLN 0,01 50   US Heating Oil 0,1 10
AUDNZD 0,01 50   USDNOK 0,01 50   NL 0,1 10
        USDCZK 0,01 50   FR 40 0,1 10
        USDPLN 0,01 50   ITA 40 0,1 10
        USDHUF 0,01 50   ES 0,1 10
        USDSEK 0,01 50   DE 30 0,1 10
        USDMXN 0,01 50   GB 100 0,1 10
        SGDHKD 0,01 50   CH 0,1 10
        HKDJPY 0,01 50   NIK225 0,1 10
                XPTUSD 0,01 100
                XPDUSD 0,01 100
                USDILS 0,01 50