Avro/dollar Yanvar 2015-dən bəri ilk dəfə 1.20-ni aşdı

Avro/dollar məzənnəsi, Şimali Koreyanın Yaponiya üzərindən balistik raket atmasının ardından 2015-ci ilin Yanvar ayından bəri ilk dəfə 1.200 səviyyəsinin üstünə çıxıb.


Avro bölgəsinin ortaq pul vahidi, Cənubi Koreya Prezidenti Mun Jae-nin Şimali Koreyaya cavab olaraq güc nümayişi göstərmək əmri verməsinə baxmayaraq bahalaşıb. Treyderlər, bu vəziyyət ilə əlaqədar,  "avronun son dövrdə "etibarlı liman" olaraq görüldüyünü" qeyd edirlər.

Avro, Bakı vaxtı ilə 11:55-də 0.5 faiz yüksəlib və 1.2042 dollar səviyyəsindən əməliyyat olunub.

 

http://marja.az/news/12169