Ehtimal 68 faizə yüksəldi

ABŞ Mərkəzi Bankı Fedin bu il növbəti dəfə faiz artıracağı ehtimalı sədr Janet Yellenin dünənki çıxışından sonra yüksəlib
  
Fed sədri Janet Yellen, Çərşənbə axşamı günü etdiyi çıxışında, "Pul siyasətini inflyasiya yenidən 2 faiz hədəfinə qayıdana qədər təxirə salmaq məntiqsiz olar. Faizlərin artırılmaması halında iqtisadiyyatının həddindən artıq "isinməsi" riski ilə qarşı-qarşıya qala bilərik" ifadəsini istifadə edib. Bu açıqlama Fed-in ötən həftə yayımlanan və çox üzvünün bu il daha bir dəfə faiz artırımı gözlədiyini göstərən proqnozunu dəstəkləyib.
 
Fed-in faiz artıracağl ehtimalı 68 faiz ətrafına yüksəlib. Fed-in bu il daha bir dəfə faiz artıracağına 8 Sentyabrda  22%-lik bir ehtimal verilirdi. Fedin Dekabr ayında fazləri artıracağı gözlənilir.

 

 

 

 

 

http://marja.az/news/13590