Avropa Mərkəzi Bankının sədri Mario Draghi dedi: "İnflyasiya üçün daha çox dəlil lazımdır"

Frankfurtda təşkil edilmiş bir konfransda danışan Avropa Mərkəzi Bankının sədri Mario Draghi, "Halı-hazırda inflyasiyanın bizim ortamüddətli hədəfimizə yaxınlaşmaqda olduğunu görürük və hədəfə çatılacağına daha çox güvənirik. Ancaq, hələ inflyasiyanın doğru istiqamətdə hərəkət etdiyinə dair daha çox dəlil görməyə ehtiyacımız var. Bu səbəbdən pul siyasətində səbirli və ehtiyatlı olmağa davam edəcəyik" deyib.


Mario Draghinin açıqlamasından sonra Avro ucuzlaşmağa başlayıb. Bakı vaxtı ilə saat 14:38-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2365 səviyyəsinə düşüb. Avro Dollar qarşısında artıq 0,2% ucuzlaşıb.

Bazarlar, Avro Bölgəsində iqtisadi inkişaf artdığından və inflyasiya sürətləndiyindən, Avropa Mərkəzi Bankının pul siyasətini sərtləşdirəcəyini gözləyirdilər. Bu səbəbdən Avro Dollar qarşısında bahalaşmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

marja.az