Avro Zonasında inflyasiya düşdü

İnflyasiya illik müqayisədə 1.3%-dən  1.1% gerilədi

 

"Eurostat"ın məlumatlarına görə, illik müqayisədə, Yanvar ayında 1.3% olaraq baş verən inflyasiya Fevralda yekun 1.1%-ə geriləyib.

 

İnflyasiya aylıq müqayisədə isə 0.2% ilə proqnoza bərabər olub.

 

Enerji və emal ərzaq qiymətlərinin aşağı düşməsi inflyasiyanın geriləməsinə təsir edib. Bu dövrdə enerji qiymətləri aylıq 0.3% düşüb.


Baza inflyasiya da proqnoza bərabər olmaqla 1% artıb.

 

Avropa Mərkəzi Bankı inflyasiyanı illik müqayisədə 2% səviyyəsinə qaldırmaq istəyir.

 

Məlumatın açıqlanmasından sonra Avro/Dollar məzənnəsi çox dəyişməyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

marja.az