"Sanksiyalar Rublda daha böyük ucuzlaşmaya rəvac verə bilər"

Qərb ilə artan gərginliklə keçən həftə kəskin dəyərdən düşən Rusiya Rublunun yeni sanksiyalar ilə daha çox dəyərdən düşə biləcəyi bildirilir.
 

 CNBC-yə danışan "BNP Mellon"un valyuta strateqi Simon Derrick, "keçən həftə baş verən hadisə son 20 ildə 3 dəfə görülmüş bir qiymət hərəkəti idi. 2014-dəki rubl böhranında, ondan əvvəl 1998 və qlobal maliyyə böhranının olduğu 2008-dəkinə bənzər hərəkət baş verdi",- deyib.
 

Rusiyanın pul vahidi Rubl, ABŞ ilə Suriya məsələsində artan gərginliyin təsiri ilə 7 gündə dollar qarşısında 57-dən 65-ə qalxdı. Dünən ABŞ Rusiyaya yeni sanksiyaları müzakirə etdiyini açıqlayıb.
 

Derrick "Rubl böhran dövrlərində 2 və ya 3 həftə düşə, bəzən 10 faiz və ya daha çox gündəlik hərəkətlər meydana gələ bilər, məncə bu an belə bir dövrdəyik" ifadəsini istifadə edib.
 

Rusiya Mərkəzi Bankı, 2014-ci ildə sanksiyalar və durğunluq səbəbilə Rublun ucuzlaşmasını dayandırmaq üçün 80 milyard dollarlıq valyuta müdaxiləsi etmiş,  faizləri d növbədənkənar iclasla yüksəltmişdi.
 

Derrick, Rusiya Mərkəzi Bankının bu dəfə Rublu dəstəkləmək üçün ehtiyatlarını istifadə etməyəcəyini bildirərək "2014-dəki vəziyyətdən dərs aldılar. İkincisi də, Rusiyaya daha çox sanksiya tətbiq ediləcəyini bilirik, bu da Rublda böyük satışa (Rublun dəyərdən düşməsinə) rəvac verə bilər" deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

marja.az