Dollar valyutalar qarşısında güclənməkdə davam edir

Avro, Dollar qarşısında beş ayın ən aşağı səviyyəsinə enib.


Avro/dollar məzənnəsi 1.19 səviyyəsindən də aşağı düşərək 1.1885 səviyyəsini görüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

Dollar, mühüm valyutalar qarşısındakı güclü gedişini davam etdirir; ABŞ Dollarının G - 10 pulları qarşısındakı gedişini təqib edən Bloomberg Dollar Spot İndeksi 0.23 faiz artaraq 1161.93 bənd olub. ABŞ valyutasının 6 mühüm valyuta qarşısında dəyərini gösətərən Dollar İndeksi (DXY) isə 0.30 faiz yüksələrək 93.03 bənd səviyyəsinə qalxıb (saat 13:00-a olan məlumatlar).