Türkiyədə inflyasiyanın daha da artdığı açıqlandı

Türkiyə Statistika Komitəsi iyun ayı inflyasiya rəqəmlərini açıqlayıb.

 

İnflyasiya aylıq 2.61%, illik 15.39% artıb. İllik inflyasiya 2003-cü ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb.

Aylıq artım da 2011-ci ilin Oktyabr ayından bəri ən yüksək səviyyə olub. İnflyasiya son olaraq 2017-nin Noyabr ayında illik 12.98% ilə 14 ilin rekordunu qırmışdı.

Aylıq inflyasiyanın 1,3%, illik inflyasiyanın isə 13,9% artması gözlənilirdi. İnflyasiya İyunda proqnozun çox üzərindədir.

 

Məlumatın açıqlanmasından sonra Türk Lirəsi Dollar qarşısında dəyərdən düşüb. Dollar/TL məzənnəsi 1,4% artımla 4.68 səviyyəsini keçib (Saat 11:30-a olan məlumat).

İstehsalçı qiymətləri indeksi  aylıq 3.03% artıb, illik 23.71% artıb.Bu  2003-cü ilin İyul ayından bəri ən yüksək səviyyədir..
 

ƏRZAQ İNFLYASİYASI İLLİK 18.89%-Ə YÜKSƏLİB
 

 Aylıq ən yüksək artım 5.98% ilə yeyinti və alkoqolsuz içkilər qrupunda olub, aylıq azalma göstərən yeganə qrup 1.15% ilə geyim və ayaqqabı olub. İllik ən çox artım 24.26% ilə nəqliyyat qrupunda baş tutub.
 

İnflyasiyada, əvvəlki ilin eyni ayı ilə müqayisədə ev əşyaları 18.91%, yeyinti və alkoqolsuz içkilər 18.89%, müxtəlif mal və xidmətlər 16.79% və restoran və otellər 13.30% ilə artımın yüksək olduğu digər əsas qruplardır.
 

İstehlakçı qiymətləri əsasında iyunda ən yüksək qiymət artımı 82.53 faiz ilə quru soğanda görülüb.

 

Baza inflyasiya da 12.6%-dən 14.6%-ə yüksəlib və tarixin ən yüksək səviyyəsinə çıxıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

http://marja.az/news/27035