Dollar mühüm valyutalar qarşısında ucuzlaşır

Dollar, Bazar ertəsi günü əməliyyatlarda mühüm valyutalar qarşısında üç yarım həftənin ən aşağı səviyyəsinə düşüb. Səbəb ötən ay ABŞ-da maaşların aylıq və illik müqayisədə proqnozlardan aşağı artmasıdır.
 

ABŞ-da İyunda işsizlik nisbəti 3.8%-dən 4%-ə yüksəlib. Orta saatlıq maaşlar aylıq müqayisədə 0.2%,illik müqayisədə isə 2.7% artıb. Proqnozlar aylıq 0.3%, illik 2.8% artım oldacağı istiqamətində idi. İşsizliyin yüksəlməsi və maaşların artmasının yavaşlaması Dollara mənfi təsir göstərir. İşsizlik nisbətindəki artım və maaşların artımasının yavaşlaması Fed-in daha sürətli faiz artıracağı gözləntilərini azaldıb.

 

Dolların altı mühüm valyutası qarşısındakı gedişini göstərən Dollar İndeksi (DXY) Bakı vaxtı ilə saat 09:20-də minusda 93.907 bənd olub. indeks, Cümə günü təxminən 0.5 faiz geriləmişdi.

 

Avro da Dollar qarşısında bahalaşır. Avro/Dollar məzənnəsi 1.1768 səviyyəsinə qalxıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

http://marja.az/news/27256