Bazar analitikindən avro/dollar proqnozu

Qlobal bazarlarında aparıcı provayderlərdən biri olan "CMC Markets"in Bazar analitiki David Madden Avro/dollar məzənnəsində daha çox aşağı istiqamətli təzyiq olacağını deyib. (Avronun ucuzlaşacağını, Dolların bahalaşacağını gözləyir - red).

 

"Bloomberg"ə istinadən xəbər veririk ki, Madden ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, Avro Zonasında iqtisadi göstəricilərin pis gəldiyini xatırladaraq, "Bu səbəbdən məncə Avroda daha çox zəiflik görülə bilər",- deyib.

İnkişaf etməkdə olan bazarlar üçün ehtiyatlı nikbin olduqlarını qeyd edən Madden, "İnkişaf etməkdə olan ölkələrin  pul vahidlərində böyük itkilər görmüşdük. Fed çox aqressiv olmayacağını bildirib. Avropa Mərkəzi Bankı istifadə etdiyi dili yumuşaldıb. Yaxın perspektivdə inkişaf etməkdə olan ölkələrin riskli aktivlərinə axın ola bilər, amma bu problemlərin həll edildiyi mənasına gəlmir" deyib.


Xəbər verdiyimiz kimi dünən ABŞ Mərkəzi Bankı (Fed) faiz artırmayıb. Fed açıqlamasında faiz artırmaq məsələsində səbrli olacağını açıqlayıb. Fed-in faiz artırmağı dayandırması ilə əlaqədar olaraq Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Avro/Dollar məzənnəsi yenidən 1.15 səviyyəsini keçərək 1.1504 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 08:20-yə olan məlumat).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə:marja.az