ABŞ-da məşğulluq. Yanvar ayın proqnozları və nəticələri.

ABŞ-da Yanvar ayında məşğulluqda güclü artım baş verib, maaşın artım sürəti aşağı düşüb, federal hökumətin bağlanması işsizlik nisbətinin yüksəlməsinə səbəb olub.

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Yanvarda 304 min artıb, bu təxminən bir ilin ən güclü səviyyəsidir. Proqnoz 165 mindi.

İşsizlik nisbəti 3.9%-dən 4%-ə yüksəlib.

Orta hesabla saatlıq maaş aylıq müqayisədə 0.3% gözlənərkən 0.1% artıb, illik müqayisədə isə proqnoza paralel olaraq 3.3%-dən 3.2%-ə geriləyib.  

2018-ci ildə məşğulluqda orta aylıq artım 223 min olub.


Dekabra aid məşğulluq göstəricisi 312 mindən 222 minə, Noyabr göstəricisi də 176 mindən 196 minə dəyişdirilib. 

Nazirlik açıqlamasında hökumətin bağlanmasının işə qəbullara qabarıq bir təsirinin olmadığını, ancaq işsizliyin artmasına təsir göstərdiyini açıqlayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: marja.az