Türk Lirəsi sürətlə bahalaşır

Dolar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının addımları və ölkə xaricində TL swap faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq düməkdə davam edir (Dollar ucuzlaşır, Türk Lirəsi bahalaşır).


Bakı vaxtı ilə saat 09:40-da Dollar/TL məzənnəsi 5.3189 lirədə olub. 


Məzənnə gecə saatlarında 5.3049 səviyyəsinə qədər enərək son bir ayın ən aşağı səviyyəsini görmüşdür.

 
"Manulife Asset Management"ın stajlı analitiki Riçard Segal "Bloomberg News"a verdiyi açıqlamasında, "Türkiyə keçən yaydan dərs aldı və vəziyyətin spiral şəklində nəzarətdən çıxmasına icazə verməyəcək" - deyib.
 

Türk Lirənin xaricdə gecəlik borc faizi son iki gündə təqribən 10 dəfə artaraq 300 faiz səviyyələrini görüb və 2001-dən bu yana ən yüksək səviyyələrinə çatıb. Buna bağlı olaraq Türk Lirəsi (TL) Çərşənbə axşamı gecə saatlarında xeyli bahalaşıb.

 

Ötən Cümə günü 5.46-da günə başlayıb axşam saatlarında 5.84-ü test edən Dollar/TL məzənnəsi ( məzənnə 7% yüksəlmişdi ) Mərkəzi Bankın açıqladığı bəzi tədbirlərin ardından düşməyə başlamışdır.

 

Dünən 5.58 ətrafında günə başlayan Dollar/TL məzənnəsi axşam saatlarında 5.39 səviyyələrini görmüşdü.  Bakı vaxtı ilə saat 22:20-də Dollar/TL məzənnəsi 2,7% geriləmə ilə 5.3986 səviyyəsində idi.

 

"Canadian Imperial Bank of Commerce"ın strategiya direktoru Jeremy Stretch məzənnədə 5.25-lərə qədər geri çəkilmə ola biləcəyini söyləyib.  

 

O, "Fed bu il faiz artırmayacaq, Fed-in səbirli olması yaxşı bir şeydir. 2020-də də yalnız bir dəfə faiz artıra biləcəyini nəzərdə tutur. Fed-in yumuşaq pul siyasətinə qayıdacağı ehtimalı yüksədir",- deyib.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə: marja.az