Avropanın ən böyük iqtisadiyyatına dair artım proqnozunu kəskin aşağı salındı

Almaniyanın qabaqcıl təşkilatları Almaniyanın 2019-cu ilə dair iqtisadi artım proqnozunu əvvəlki proqnozun yarısından da aşağı salıblar.  

 

Almaniyanın qabaqcıl beş araşdırma təşkilatına (IWH, DIW, Ifo, IfW, RWI) görə, Almaniya iqtisadiyyatı bu il əvvəlki təxmin edilən səviyyənin yarısından daha yavaş böyüyəcək.

 

Berlində Cümə axşamı günü nəşr olunan son proqnoza görə, təşkilatlar, Avropanın ən böyük iqtisadiyyatında ümumi daxili məhsulun (ÜDM) 2019-cu ildə 0.8 artacağını gözləyir. Təşkilatların Sentyabr ayındakı 2019-cu il üzrə iqtisadi artım proqnozu 1.9% idi.

 

"Ölkə daxilində istehsalın önündəki maneələrin böyüklüyünə və qlobal iqtisadiyyatdakı yavaşlamaya ciddi fikir verilmədi. Siyasi risklər artmasa bir neçə rüb durğunluq təhlükəsi aşağıdır" deyilən hesabatda qlobal ticarət anlaşılmazlıqları və nizamsız Brexit müddətinə diqqət çəkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə: marja.az