Türk Lirəsi üçün növbəti kritik həftə

Bu həftə Türkiyə və xarici bazarlar üçün ən önəmli gündəmlərdən biri Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı olacaq.

 

Türkiyə Mərkəzi Bankı sonuncu dəfə Mart ayı toplantısında  faiz dərəcəsini 24%-də saxlamış, inflyasiyada yaxşılaşma olana qədər (azalana qədər) sərt pul siyasətinin qorunacağını vurğulamışdı.

 

İqtisadçılar inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarına dair oynaqlıq faktorlarının qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirlər.

 

Son dövrdə, xüsusən seçkidən əvvəl maliyyə bazarlarda meydana gələn dalğalanmalara qarşı Mərkəzi Bank fövqəladə pul siyasəti alətlərini istifadə edərək TL-nin dəyərini sabit saxlamağa çalışıb.

 

Ötən aylarda faiz endirimi ehtimalı danışılmağa başlanmış, ancaq inflyasiyanın yüksək qalmasına görə faiz endiriməsinə ilin 2-ci yarısından sonra başlanacağı ümidləri artmışdı.

 

Türkiyədə inflyasiyada ciddi və inandırıcı bir geriləmə müşahidə olunmur. İqtisadçılar hesab edirlər ki, bu səbəbdən, 25 Aprel 2019-cu il faiz endirmək üçün çox erkən bir tarixdir.

 

İqtisadçılar bildirirlər ki, əgər inflyasiya azalarsa və TL sabitləşərsə Mərləzi Bank ən tezi İyulda faiz endirə bilər.

 

Türkiyə Mərkəzi Bank faiz qərarını qərarı Çərşənbə günü (24 Apreldə) açıqlayacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az