Dollar bu il ilk dəfə 6.9 yuana qalxdı

Dollar/offshore yuan məzənnəsi, ABŞ - Çin arasındakı ticarət danışıqlarının nəticə verməməsinin təsiri ilə bu il ilk dəfə 6.9 səviyyəsinə qalxıb (Dollar bahalaşıb, Yuan ucuzalşıb). 

 

Yuanın ucuzlaşması Çin səhmlərinə də təsir göstərib. Şanxay Birləşmiş İndeksi Bazar ertəsi günü 1.2 faiz minusda bağlanıb. 


 
ABŞ - Çin arasındakı ticarət danışıqları dalana girib və tezliklə daha yaxşı getməsi o qədər də mümkün deyil. İndi bütün gözlər Çin siyasətinə və iqtisadi artımı davam etdirmək üçün daxili istehlakı necə təşviq edəcəkləri məsələsindədir.


 
"China İnternational Capital Corp"a görə, ABŞ-ın Çin mallarına tətbiq etdiyi vergi qeyri-maliyyə  şirkətlərin gəlirlərinin 4.2 faiz azalda bilər. 

 

Dollar/offshore yuan Bakı vaxtı ilə saat 11:35-də 0.83 faiz artımla 6.9013-dən əməliyyat olunub.

 

"Societe General"a görə, dollar/onshore yuan məzənnəsinin 7 səviyyəsini keçməsi ehtimalı artıb.

 

Offshore yuan - Çin xaricində əməliyyat olunan yuan

Onshore yuan - Çin daxilində əməliyyat olunan yuan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az