"Faiz endirimi iqtisadiyyatda "köpüyə" və durğunluğa səbəb ola bilər"

ABŞ Mərkəzi Bankının Kanzas City şöbəsinin sədri Esther George (Ester Corc), inflyasiyanın Fed-in  2% hədəfinə yüksəltmək üçün ola biləcək bir faiz endiriminə qarşı olduğunu bildirib.

 

O, "Bu vəziyyət qiymətlərdəki "köpükləri" dəstəkləyə bilər, maliyyə balanssızlıqları yarada bilər və nəticə olaraq durğunluq yarada bilər" xəbərdarlığını edib.

 

Esther George, "Mövcud şərtlərdə, işsizlik nisbətinin olduqca aşağı olması səbəbilə, inflyasiyanın hədəfdən bir az aşağı qalmasına görə narahat olmaq üçün çox az səbəb görürəm" əlavə edib. 

 

Esther George, "İnflyasiya səviyyəsi, mərkəzi bankı və maliyyə iştirakçılarını çaşdıra bilər, ancaq böyüyən iqtisadiyyat tərəfindən baxdığımızda Fed-in bir reaksiya verməsini tələb etmir" şəklində danışıb.

 

Esther George-ın bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncaqlarında səs vermək haqqı var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az