"Faiz-in hansı istiqamətdə olacağını bilmək çətindir"

ABŞ Mərkəzi Bankının (Fed) Dallas şöbəsinin sədri Robert Kaplan, artan ticarət gərginliklərinin və  inflyasiya təzyiqinin Fed-in növbəti faiz qərarının yuxarı yoxsa aşağı istiqamətli olacağını bilməyi çətinləşdirdiyini söyləyib.

 

"Gəlinən nöqtədə faizlərdə növbəti addımın yuxarımı, aşağımı olacağını bilmirəm", - deyən Robert Kaplan, "Ticari gərginliklərin necə inkişaf edəcəyini çox diqqətli şəkildə izləyirəm. ABŞ - Çin ticarət əlaqələri üzrə qeyri-müəyyənliklərin iqtisadi artımı yavaşladacağından narahatam. Ancaq bunu bilmək üçün çox erkəndir" bildirib.

 

Robert Kaplan, məşğulluğun və maaşların artmasına bağlı olaraq inflyasiya təzyiqinin güclənməkdə olduğunu da qeyd edib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az