Qızıl güclənir; diqqət mərkəzində - Brexit

Asiya sessiyası zamanı qızılın qiyməti artıb. ABŞ-Çin ticarət müharibəsi və Brexit haqqında xəbərlər hal hazırda diqqət mərkəzindədir.

 

Qiymətli metal bir sıra qeyri-müəyyənliklə üzləşmişdi, çünki bazarlar ticarət müharibəsi zamanı riskləri hedcinq etmək üçün ABŞ dollarını aktiv olaraq seçdilər.

 

İngiltərənin Baş naziri Tereza Mey cümə günü istefa haqqında qərar qəbul etdiyini bildirdi, Brexit-in perspektivləri ilə əlaqədar yeni suallar yarandı.

 

Beləliklə, sərt Brexit-in baş tutması şansı artdı, çünki Baş Nazir vəzifəsinə mövcud olan səkkiz namizəddən dördünün fikirincə, razılığ əldə edilməsədə 31 oktyabr tarixində Böyük Britaniya AB-ni tərk etməlidir.

 

Həftə sonu Trump bir daha regulyatoru tənqid etdi. Prezident hesab edir ki, Federal Ehtiyyat sisteminin siyasəti ölkənin iqtisadiyyat potensialını tam reallaşdırmağa imkan vermir.