Funt-sterlinq May-ın istefasından sonra bahalaşıb

Funt-sterlinq Böyük Britaniyanın Baş naziri Theresa May-ın (Tereza Mey) istefasını açıqlamasının ardından dollar qarşısında 0.5% bahalaşıb. 1 funt-sterlinq 1.2714  dollara qalxıb.

 

Sterlinq bu ay Brexit qeyri-müəyyənliyi ilə 2.5%-dən çox ucuzlaşmışdı.

 

İngiltərə Birjası isə  0.6% yüksəlib.

 

Digər tərəfdən, kredit reytinqi agentliyi "Moody's" May-ın istefasının Brexit qeyri-müəyyənliyini artırdığını qeyd edərək "Müqaviləsiz Brexit ehtimalı da qüvvətləndi" şərhini edib.

 

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Theresa May (Tereza Mey) 7 İyun 2019-cu il tarixindən etibarlı olmaqla istefa verdiyini açıqlayıb.

 

Böyük Britaniyannın Avropa Birliyindən (AB) çıxışı (Brexit) böhrana çevrilib. 

 

May istefa çıxışında Brexit-i reallaşdıra bilmədiyi üçün məyus olduğunu bildirib. İstefası ilə əlaqədar Kraliçanı da məlumatlandırdığını bildirən May, "Referendumdan çıxan nəticəni həyata keçirməyə çalışdım. İngiltərə xalqı Avropa Birliyindən çıxmaq üçün səs vermişdir. Çıxış ilə əlaqədar hər şeyi müzakirə etdim. Birliyimizi qorumaq üçün və razılaşmanı həyata keçirə bilmək üçün edə biləcəyim hər şeyi etdim, 3 dəfə sınadım, amma təəssüf ki, bacara bilmədim. 

 

Ölkənin mənfəəti üçün yeni Baş nazirin səyini davam etdirməsi tələb olunur. Brexit-i reallaşdıra bilməmək məni məyus edir, amma referendum nəticələrini mənim yerimə gələcək adamın davam etdirməsini istəyirəm. Ümid edirəm ki, Parlamentdə mənim bacara bilmədiyim ortaq fikir təmin olunar" ifadəsini istifadə edib.

 

May, çıxışının sonunda gözyaşlarına hakim ola bilməyib

 

Theresa May, 2016-da keçirilmiş Brexit referendumunun ardından o dövürki Baş nazir David Cameronun istefası ilə boşalan kresloya oturmuşdu. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az