Meksika pesosu kəskin bahalaşıb

Meksika pesosu, ABŞ-ın bu ölkə mallarına əlavə gömrük vergisi tətbiq etmək qərarını təxirə salması ilə əlaqədar olaraq kəskin bahalaşıb.

 

Meksika pesosu ABŞ dolları qarşısında, ABŞ Prezidenti Donald Trampın Cümə günü Meksika mallarına 5% gömrük tarifini "müddətsiz təxirə salmağı" planlaşdırdığını açıqlamasının ardından 2.1% yüksələrək 19.2256 səviyyəsinə qədər qalxıb.  


Standart & Poor's 500 (S&P 500) indeks 0.3 yüksəlib.

 

Bundan əvvəl Tramp, Meksikanı ABŞ-a qeyri-qanuni immiqrant girişini dayandırması üçün bu ölkəyə 10 İyundan etibarən 5% əlavə gömrük vergisi tətbiq olunacağını və bu nisbətin 1 Oktyabrda 25%-ə qədər qalxa biləcəyini açıqlamışdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə: marja.az