ABŞ-da inflyasiya İyunda aylıq 0.1%, illik 1.6% artıb

ABŞ Əmək Nazirliyi tərəfindən Cümə günü açıqladığı məlumatlara görə,ölkədə istehlakçı qiymətləri İyunda aylıq müqayisədə 0.1 faiz, illik müqayisədə 1.6 faiz artım qeyd edib. Proqnozlar müvafiq olaraq 0.0 faiz və 1.6 faiz idi.
 

Ötən həftə açıqlanan güclü məşğulluq göstəricisindən sonra, xüsusən inflyasiya rəqəmlərinin də yaxşı gəlməsi, 25 İyuldakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz endiriminə getməyi dəyərləndirən Fed üzvləri üçün vəziyyəti çətinləşdirir.
 

ABŞ-da keçən həftə açıqlanan fakt, kənd təsərrüfatı xaric məşğulluğun İyun ayında 224 min artdığını göstərdi. Proqnoz 160 min idi. 
 

Baza inflyasiya aylıq müqayisədə 17 ayın zirvəsində
 

Volatil ərzaq və enerji qiymətləri xaric istehlakçı qiymətləri İyunda Maya nisbətən 0.3 faiz artaraq 2018-ci ilin yanvar ayından bəri ən güclü artımı qeyd edib. İllik baza inflyasiya isə 2.1 faiz səviyyəsində olub.

 

 

 

 

 

 

 

 

mənbə:marja.az