ABŞ-ın nümayəndələri üz-üzə danışıqları davam etdirmək üçün Çinə gedir

ABŞ-ın Ticarət nümayəndəsi Robert Lighthizer və rəsmi şəxslər Çinə gedəcəklər. Gələn Bazar ertəsi Şanxayda ABŞ və Çin nümayəndələrinin görüşü keçiriləcəkdir. Dünyanın ən böyük iki iqtisadiyyatı arasında May ayında dalana dirənən danışıqlar davam etdiriləcək. 
 

Mövzuya yaxın mənbələrin verdikləri məlumatlara görə, Lighthizer və komandası Çərşənbə gününə qədər Şanxayda olacaqlar. Yüksək səviyyəli rəsmilər tərəfindən verilən məlumata görə görüş mühüm məsələləri ehtiva edir, lakin yekun nəticənin çıxması gözlənilmir.
 

ABŞ Prezidenti Donald Tramp və Çinli həmkarı Xi Jinping İyun ayının sonunda Yaponiyanın Osaka şəhərində keçirilmiş G-20 Sammitində görüşərək ticarət müharibəsində atəşkəs elan ediblər. Sonra liderlər ticarət təmsilçilərinə müzakirələri davam etdirmək barədə tapşırıq veriblər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə: marja.az