Bu həftə(09.09.2019-13.09.2019) gündəmdə olan əsas məsələlər.

Bu həftə bütün diqqət avroya yönələcək. Avropa Mərkəzi Bankı növbəti iclasını cümə axşamı keçirəcək və avronun təzyiq altında qalacağını gözləyirik. Buna baxmayaraq, Almaniyanın güclü makro statistikası bazar ertəsi günü EUR/USD cütlüyünün bərpa olunmasına köməklik göstərdi. Həmçinin, dövlət sərmayələrini artırmaq üçün Almaniya tərəfindən "kölgə büdcəsi"-nin yaradılması barədə məlumatlar yayıldı.

İngilis millət vəkilləri "sərt" Brexit-in olmayacağını rəsmi bəyan etdilər. Oktyabrın 19-a qədər razılıq əldə olunmadığı təqdirdə, Böyük Britaniya yenidən AB-ə müddətin uzadılması barədə sorğu ilə müraciət edəcək. İngiltərənin əmək bazarı haqqında məlumatları çərşənbə axşamı yayımlanacaq. Nəticələrin zəif olacağını güman edirik, bunun üçün bütün əsaslarımız var (işgüzar fəaliyyət indeksinə görə). Lakin Brexit məsələsi diqqət mərkəzində qalmağa davam edir.