Asiyanın ən çox dəyər qazanan pul vahidi

Bu il Asiya valyutaları arasında ən yaxşı performans göstərən Tailand bahtının daha da dəyər qazanacağı gözlənilir.
 

ABŞ ilə Çin arasında davam edən ticarət müharibələri ən çox Cənubi Koreya vonu və Çin yuanı kimi pul vahidlərini vurur. Tailand bahtı isə bu il 6%-dən çox dəyər qazanıb. 

 
Baht ilin əvvəlindən bəri Asiya valyutaları arasında ən çox dəyər qazanan pul vahididir. Onun ardınca  İndoneziya rupisi və Yapon yeni gəlir. 
 
Bahtın bahalaşmasının əsas səbəbləri, ölkənin cari artıqlığının (profisit) olması və rekord valyuta ehtiyatları səbəbilə bahtın qlobal ticarət müharibələrinə qarşı hedc olaraq seçim edilməsidir. Bahtın bahalşamasına digər bir səbəbi olaraq Çərşənbə günü açıqlanacaq pul siyasəti qərarı göstərilir. Tailand Mərkəzi Bankı ötən ay qlobal risklərin artmasını əsas göstərərək faizi 25 bənd azaldaraq 1.5 faiz səviyyəsinə endirmişdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

mənbə:marja.az