Avro/Dollar 1.10 səviyyəsindən aşağı düşüb

Beynəlxalq valyuta bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam etməkdədir.

Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin güclü açıqlanması, dollara olan tələbin daha da artmasına təsir edib. 

Avro/Dollar məzənnəsi yenidən 1.10 səviyyəsindən aşağı düşüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb). Bakı vaxtı ilə saat 09:20-da Avro/Dollar məzənnəi 1.0997 səviyyəsində olub. 

Bu gün məzənnələrə təsiri baxımından önəmli göstəricilərin açıqlanması gözlənilməsə də cümə günü Amerikadan əmək bazarına dair önəmli məlumatlar yayımlanacaqdır.

 

 

 

 

 

 

mənbə: marja.az