Uniforex-ın bazarda baş verən son hadisələrə baxışı.

Çərşənbə axşamı əksər valyutalar ABŞ dollarına qarşı öz mövqelərini bərpa edə bildilər, qismən dövlət istiqrazlarının gəlirliliyinin düşməsi ilə və ABŞ fond bazarında yeni rekord qiymət artımı ilə əlaqədardır.

Federal Ehtiyat Sisteminin sədri Jerom Pauel, ənənəvi yarım illik hesabatını Konqresə təqdim etdi, iqtisadiyyatın vəziyyəti və monetar siyasət haqqında məlumatı açıqladı. Pauel koronavirusun yayılmasına böyük əhəmiyyət vermədiyini göstərdi. Onun şərhlərinə əsasən, Fed-in vəziyyətdən narahat olmadığı məlum oldu. Çin virusun yayılması üçün lazımı tədbirləri görür və likvidliyi gorumağa davam edir.

Ötən gecə Yeni Zelandiyanın Ehtiyat Bankı faiz dərəcələrini dəyişməz saxlamağa qərar verdi. Nəticədə NZD/USD valyuta cütlüyündə təqribən 1% qiymət artımı müşahidə olundu.