Qızılın maksimum artımı

Bazar ertəsi günü Çin ilə ABŞ arasındakı diplomatik əlaqələrinin pozulması səbəbindən qızılın qiyməti 2011-ci ilin sentyabr ayında etibarən müşahidə olunmayan maksimum səviyyəsinə çatdı.

ABŞ – ÇİN münasibətlərində olan gərginliklər etibarlı aktivlərə marağı artırdı və bu səbəbdən qızılın qiyməti 1,6% yüksələrək bir unsiya üçün 1943$-dək bahalaşdı. "Sarı metalın" bahalaşmasına dünya mərkəzi banklarının monetar siyasətləri üzrə stimullaşdırıcı tədbirlərin görülməsi həmçinin təsir etdi.

Ötən həftənin sonunda qlobal fond bazarında templərin azalması müşahidə olundu. Rəsmi Vaşinqton tərəfindən Hyustondakı Çin konsulluğunun bağlanması əmri məlum olduğundən sonra, buna cavab olaraq rəsmi Pekin eyni tədbiri görərək, ABŞ konsulluğunu bağladı.