FAQ

Forex nədir?

Forex - dünya ticarətində fiks edilmiş valyuta siyasətinin dəyişən valyuta siyasətilə əvəz edilməsi nəticəsində 1970-ci illərin əvvələrində formalaşmış valyuta bazarıdır. Bu andan etibarən ayrı-ayrı valyutaların qarşılıqlı dəyişdirilməsinin əsasını alıcı və satıcı arasında razılaşma prinsipi təşkil etməyə başlamışdır.

Forex bazarı harada təşkil olunur?

Ənənəvi maliyyə bazarlarından fərqli olaraq Forex səhm və valyuta füçerslərinin satışında olduğu kimi xüsusi ticarət sahəsi tələb etmir. Forex bazarında ticarət əməliyyatları kompüter terminalları və mobil telefon avadanlıqları vasitəsilə həyata keçirilir. Füçers və fond bazarlarında ticarət sessiyaları zaman məhdudiyyətinə malik olduqları halda Forex bazarı 24 saat ticarət üçün açıqdır.

Forexdə mənfəət haradan yaranır?

Burada ticarətin prinsipi sadədir: valyuta cütlüyünü ucuz al baha sat və əksinə baha sat, ucuz al. Valyuta cütlüklərinin məzənnələri daim dəyişdiyindən qazanc üçün münbit şərait yaranır. Bu bazarda çox sayda nəhəng bu və ya digər valyutanın alıcıları vardır ki, onlar biznes fəaliyyətində məzənnə fərqindən asılı olmayaraq daim bir valyutanı digər valyutaya çevirirlər. Belə vahidlərə dövlət orqanlarını, nəhəng ticarət şirkətlərini, maliyyə qurumlarını misal gətirmək olar. Valyuta məzənnələri isə daim aşağı-yuxarı dəyişir ki, bu da treyderlərə bu dəyişkənlikdən qazanc əldə etmək imkanı yaradır.

Daha çox hansı valyuta forex bazarında alınıb satılır?

Forex bazarında daha çox likvid valyutalar alınıb satılır. Bu o valyutalardır ki, siyasi sistemləri stabil, iqtisadiyyatı güclü, inlyasiya həddi aşağı olan inkişaf etmiş ölkələrə aiddir. Hal hazırda valyuta ticarətinin 85 faizi ABŞ dolları, Yapon yeni, EURO, Böyük Britaniya funtu İsveçrə frankının payına düşür. Ən çox alınıb satılan cütlük EURUSD cütlüyüdür.

Səhm bazarı ilə forex bazarı eyni qaydalarla işləyirmi?

Xeyr. Əgər səhm bazarında yalnız qiymətin qalxmasından qazanmaq mümkündürsə, forex bazarında həm qiymət qalxmasından, həm də qiymət düşməsindən qazanc əldə etmək mümkündür.

Nədən başlamalı?

Demo hesabı açın və virtual vəsaitlə ticarətə başlayın.

Necə öyrənməli?

Bu məqsədlə www.uniforex.az saytının "Təlim" bölməsində təlimlərə yazılmaq üçün qeydiyyatdan keçə bilərsiniz.

Real hesab açmaq üçün tələb olunan minimal məbləğ nə qədərdir?

Minimum depozit məbləği 300$-dır.

Spred nədir?

Bir valyutanın alış qiyməti ilə satış qiyməti arasındakı mövcud olan fərqdir. Spredin iki əsas növü var: 

1. Sabit Spred

2. Dinamik Spred

Uniforex ticarət terminalında bütün spredlər dinamikdir və tam olaraq bazar şəraitində formalaşır.

Spred genişlənə bilərmi?

Spredin genişlənməsi bazarın konyukturasından irəli gəlir və genişlənməyin ölçüsü əvvəlcədən heç kimə məlum deyil. Spred həcmi müvafiq maliyyə alətinin likvidlik səviyyəsinə və foreks bazarının hərəkətliliyinə görə dəyişə bilər. İstənilən mühüm xəbərin açıqlanması zamanı və ya ondan əvvəl, sonra, həmçinin müvafiq maliyyə aləti üzrə ticarətin başlanması saatlarında da Spred genişlənməsi müşahidə oluna bilər.

Marja nədir?

Marja ticarət itkilərindən sığortalanmaq üçün girov məbləğidir. Marjinal tələb sizin depozitinizdəki qalıqdan dəfələrlə çox olan ticarət mövqelərini qüvvədə saxlamaq imkanı verir.

"Margin Call" necə işləyir?

Əgər hesabınızdakı real qalıq Uniforex tərəfindən müəyyən edilmiş həddən aşağı düşərsə, o halda "Margin Call" işə düşür və əlavə vəsait cəlb edilməsinə ehtiyac yaranır. Uniforex tərəfindən müəyyən edilmiş"Margin Call" tələbi 30% təşkil edir. 

Riskləri necə azaltmalı?

"Stop loss order" risklərin azaldılması üçün ən dəyərli alətdir. "Stop loss order" ziyanın məhdudlaşdırılması məqsədilə qiymətin ziyanlı hesab edilən həddə çatdıqda açıq mövqeyin avtomatik olaraq ləğv edilməsi vəzifəsini yerinə yetirir.

Sizdə mini hesab var?

Bəli. Uniforex-də siz eyni zamanda mikro(0,01 lot) və mini(0,1 lot) lotlarla işləmək imkanına maliksiz.

Təlim hesabını necə açmalı?

Təlim hesabı açmaq üçün Uniforex.az saytına daxil olaraq MetaTrader 4 platformasını yükləmək və qeydiyyatdan keçmək kifayətdir.

Real hesabı necə açmalı?

Unibankın Baş idarəsinə (və ya onun istənilən filialına) müraciət edib, şəxsiyyət vəsiqənizi təqdim etməklə, cəmi 15 dəqiqə ərzində Real hesab aça bilərsiniz.

Hansı əlavə xərclər məni gözləyir?

Bizim brokerdə Sizi heç bir əlavə xərc gözləmir.

Əgər mən depozitə vəsaiti milli valyutada yatırsam bu necə hesablanacaq?

Milli valyutada və ya xarici valyutada(ABŞ dolları istisna olmaqla) mədaxil edilən vəsaitlər həmin günə olan məzənnə ilə konvertasiya olunub, ABŞ dollarına çevrilib, balansınıza daxil ediləcəkdir.

Ticarət hesabımdan vəsaiti necə çıxara bilərəm?

Saytımızın “Hesab açılması” bölməsinin “Vəsaitin çıxarılması” köməkçi bölməsinə daxil olaraq təqdim olunmuş ərizə formasını doldurmalı və elektron poçtla unifore@unicapital.az ünvanına göndərməlisiniz. Sizin ərizəyə müvafiq maliyyə qurumu tərəfindən baxılaraq qısa müddət ərzində vəsaitiniz cari bank hesabınıza köçürüləcəkdir.

Vəsait köçürdükdə komissiya tutulurmu?

Köçürülən vəsaitə görə Unibank və Uniforex tərəfindən heç bir komissiya tutulmur.

Ay ərzində minimum neçə əməliyyat aparmaq lazımdır?

Əməliyyatların sayına heç bir məhdudiyyət yoxdur.

Hansı günləri ticarət əməliyyatları aparmaq mümkündür?

Uniforex ilə siz şənbə və bazar günlərindən başqa həftənin qalan 5 günü ərzində fasiləsiz olaraq ticarət əməliyyatları apara bilərsiniz.

Məndə ticarət platformasında mövcud olan ticarət simvolların hamısı göstərilmir. Bu nə ilə bağlıdır?

Uniforex Trading Station ticarət platformasını yüklədikdən sonra platformada mövcud olan bütün simvollar görünməyə bilər. Bunu aradan qaldırmaq üçün platformanın “Bazarın icmalı” sahəsinə girərək sağ düyməni basıb kontekst menyusundakı “Bütün simvolları göstər” funksiyasını aktivləşdirin.

Forex bazarında qiymətin bir bəndinin dəyəri nə qədərdir?

Saytımızın "Ticarət" bölməsinin “Kotirovkalar və spredlər” koməkçi bölməsində siz qiymətlərin bir bəndinin dəyəri, girov məbləğləri və sairə haqqında müfəssəl məlumat ala bilərsiniz.

Kredit çiyninin ölçüsü nə qədərdir?

Saytımızın “Hesab açmaq” bölməsinin “Kredit çiyni” köməkçi bölməsində bu haqda geniş məlumat verilmişdir.

Biz hesab növündən asılı olaraq 1:200-dən (maksimal hədd) 1:25 həddinə kimi kredit çiyni təqdim edirik.

Foreks-da ticarət zamanı gəlir itkisi riski və ya tam vəsaitlərin itirilməsi riski mövcuddurmu?

Bəli, marja hesabında vəsaitlərin qismən və ya tam itirilməsi ilə nəticələnən hadisələrin baş verməsi mümkündür. Həmçinin, marjınal ticarət özündə riskin yüksək dərəcəsini ehtimal edir: Kredit çiyninin istifadəsi ona gətirib çıxara bilər ki, bazarın kiçik tərəddüdləri müştəri hesablarının vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

FOREX-də müvəffəqiyyətli olmaq üçün ancaq uğurun olması kifayətdir, eləmi?

FOREX-də müvəffəqiyyətli hərrac bir sıra amilin məcmusu ilə şərtllənir:

• FOREX-də hərracın bütün cəhətlərinin ciddi-cəhdlə öyrənilməsi (pusuz təlimi bizim pulsuz seminarlarımızda keçmək, əldə edilmiş bilikləri isə bizim treyderlərin hazırlanmasının peşəkar məktəbimizdə dərinləşdirmək olar);
• maliyyə bazarları üzrə ixtisaslaşdırılmış ədəbiyyatın mütaliəsi; 
• valyuta bazarı üzrə analitik materiallarla, məsələn Dow Jones xəbərlər zolağı kimi, ardıcıl iş;
• düşünülmüş və sınanmış hərrac siyasəti;
• xidmətərin bu dektorunda lider olan şirkətə əməkdaşlıq;
• öz hesabının aparılmasının peşəkarlara həvalə edilməsi (“Fərdi treyder” xidməti).

Pending orderlər necə icra olunur?

Buy Stop, Sell Stop, Buy / Sell limit və Stop Loss/ Take Profit kimi Saxlanılan Orderin icra məzənnəsi bazarın hərəkət sürətindən asılı olaraq, belə növ saxlanılan orderin icrası həm Bazar kotirovkaları Müştəri tərəfindən belə orderdə göstərilən məzənnəyə çatan zaman, həm də sövdələşmənin icrası üçün daha pis şərt ola bilən, bazarda birinci sövdələşmədən sonra gələn kotirovka üzrə baş verə bilər.

Gap zamanı əməliyyatların icrası : Stot Loss və Take Profit fərqli şərtlər ilə icra olunur. Təyin edilmiş Stop Loss Gap zamanı mümkün olan və bazarda birinci sövdələşmədən sonra gələn kotirovka üzrə baş verə bilər. SL-dan fərqli olaraq, Take Profit müştəri tərəfindən təyin olunmuş qiymət ilə icra oluna bilər.

FOREX-də qazanc əldə etmək üçün, bazarı sutkada 24 saat, yeməyə və yuxuya vaxt itirmədən, izləmək lazımdır?

Heç kim bazarı daim izləmir. Hər bir treyder onun üçün münasib olan iş saatlarını özü seçir və, bunun üçün əlverişli imkan gördükdə, alver edir. Əlbəttə ki, treyderin dincəldiyi və ya başqa işlə məşğul olduğu zaman, bir çox əlverişli imkanlar əldən çıxır.

Mühüm odur ki, hətta təcrübəli mütəxəssis belə istənilən an qiymətin hansı istiqamətdə yönələcəyini dəqiq proqnozlaşdıra bilməz. Bacarıqlı və müvəffəqiyyətli treyderin vəzifəsi – sövdələr üçün valyutanın hərəkətinin yaxşı proqnozlaşdırıla bilən məqamlarını seçməkdir.

Belə bir iddia düzdürmü ki, spred nə qədər aşağı olsa, hərracın şərtləri bir o qədər sərfəli olar?

Xeyr, çünki spred hərracın şərtəri arasında ən mühümü deyildir. Niyə? Vasitəçi şirkətlər tərəfindən çox aşağı və ya az qala sıfır spredlər haqqında bəyan edilməsi, əksər hallarda, müştərilərin cəlb edilməsi üçün adi marketinq tələsidir. Bu zaman, hərracın şərtlərində, qiymətin daha sürətli hərəkəti zamanı spredin genişləndirilməsi imkanı haqqında az nəzərə çarpan şərtər qoyulur. Təcrübədə bu o deməkdir ki, aşağı spred ayrı-ayrı real sövdələrdə təqdim edilir, lakin əksər halarda bu cür spred ancaq, ümumi icmal üçün girişi olan indikativ kotirovkalarda və demo-hesablarda, qorunub saxlanılır. Əksər hallarda isə, konkret sövdənin bağlanması zamanı, müştəriyə daha yüksək spred təklif edilə bilər. Spredlər – dilinq şirkətlərinin başlıca gəlir mənbəyidir və əslində heç bir bu cür şirkət həddən aşağı spredlər şəraitində nəinki sabit işləyə bilərdi, o, sadəcə olaraq, mövcud ola bilməzdi.

Və, sonuncu, əksər hallarda, daha sərfəli sövdənin bağlanması üçün, qiymətin sürətlə dəyişməsi zamanı müştəriyə sərfəli olan kotirovkanı operativ şəkildə əldə etmək imkanı verən, vaxtında və dəqiq xidmətin göstərilməsi daha mühümdür. Hərracın şərtlərində çox aşağı spredin qeyd olunduğu halda isə, şirkət üçün bazarda sövdənin bu qiymətlə yerinə yetirilməsi qeyri-mümkün olur.

Texniki və fundamental analiz nədir?

Texniki analiz qiymət dəyişməsinin tarixi məlumatlarına əsasən bazarın analiz edilməsi metodudur. Bu analiz zamanı müəyyən dövr üzrə qiymət dəyişikliyini özündə əks etdirən qrafiklərdən istifadə edilir.Texniki analiz mövcud zaman anına bazarın vəziyyətini daha aydın təsəvvür etməyə, həmçinin bir sıra faktorlara əsasən valyuta kotirovkaları qiymətlərinin gələcək dəyişmə istiqamətini proqnozlaşdırmağa imkan yaradır. Texniki analiz iqtisadi tədqiqatlar vasitəsilə deyil, riyazi hesablamalar əsasında qiymət dəyişikliklərinin proqnozlaşdırılmasıdır. Bu metod ilk öncə qiymətli kağızlar bazarı və sonradan fyuçers bazarlarında mənfəətli fəaliyyətin təmin edilməsi üçün sadəcə bazar araşdırmalarına yardımçı məqsədlə yaradılmışdır. Texniki analiz ötən dövrlərdə qiymət dəyişikliyi qrafiklərinin analizi əsasında qiymətlərin gələcək dəyişiklik istiqamətinin proqnozlaşdırılmasıdır.

Texniki analizin iki metodu mövcuddur:
1) Qrafik metod
2) Riyazi-komputer metodu

Qrafik metod – bazarın tendensiya və qrafik fiqurlar əsasında analiz edilərək proqnozlaşdırılmasıdır. Riyazi metod dedikdə bazarın kompyuter vasitəsilə texniki indikatorların köməyilə analiz edilməsi nəzərdə tutulur.

Fundamental analiz valyuta bazarının vəziyyətinə təsir edən iqtisadi və siyasi faktorların araşdırılmasını özündə əks etdirir. Fundamental analizin başlıca məqsədi fundamental faktorların və bu faktorların valyuta bazarlarında qiymətlərin səviyyəsinə təsirinin analiz edilməsi və proqnozlaşdırılmasıdır. FOREX bazarında uğurlu valyuta ticarəti əməliyyatları həyata keçirmək üçün dünya maliyyə bazarlarındakı vəziyyət və inkişaf tendensiyaları, valyuta kurslarının dəyişmə dinamikasına təsir göstərən makroiqtisadi göstəricilər haqqında kifayət qədər ətraflı təsəvvürə malik olmaq lazımdır.

Bazarın digər analiz metodları ilə müqayisədə fundamental analiz daha mürəkkəbdir, çünki bu və ya digər faktorlar ayrı-ayrı hallarda valyuta bazarlarının vəziyyətinə müxtəlif şəkildə təsir göstərir və ya vacib fundamental xəbərlərin valyuta kurslarına təsiri hiss edilməyəcək dərəcədə kiçik olur. Fundamental analiz zamanı müxtəlif ölkələr arasında ikitərəfli əlaqələri xarakterizə edən valyuta kurslarının qarşılıqlı əlaqə və təsir səviyyələri, müvafiq valyutaların inkişaf tarixi öyrənilməli, bu və ya digər iqtisadi tədbirlərin ümumi nəticələri müəyyənləşdirilməli və ilk baxışda qətiyyən əlaqəli olmayan hadisələr arasında qarşılıqlı təsir imkanları araşdırılmalıdır. Fundamental analiz zamanı ilkin və müəyyən mənada formal xarakterli biliklərdən əlavə vəlyuta bazarlarında iş təcrübəsi də mühüm əhəmiyyət kəsb edir.

Valyuta bazarına təsir xarakterinə görə iqtisadi faktorlar aşağıdakı qruplara bölünür:
- Ölkənin iqtisadi inkişaf səviyyəsi haqqında məlumatlar;
- Ticarət xarakterli sövdələşmələr;
- Mərkəzi bankların yığıncaqları
- Pul-kredit siyasətindəki hər hansı dəyişikliklər;
- Böyük yeddilər qrupunun və ya hər hansı iqtisadi və ya siyasi ölkələr birliyinin yığıncaqları;
- Məkrəzi bankların rəhbərlərinin, hökümət rəsmilərinin, tanınmış iqtisadçıların valyuta bazarlarındakı vəziyyət haqqında çıxışları, həyata keçirilən iqtisadi siyasətdə, ölkənin iqtisadi durumunda baç verən dəyişikliklər və ya bununla əlaqədar proqnozlar;
- Valyuta intervensiyaları;
- Bazar məhdudiyyətləri;
- Spekulyativ əməliyyatlar.

İqtisadi faktorlar və bunların valyuta bazarlarına təsiri aşağıdakı mülahizəyə əsaslanır: hər bir valyutanın məzənnəsi onun mənsub olduğu ölkənin iqtisadi inkişaf səbiyyəsindən bilavasitə asılıdır və onun məzənəsini müxtəlif iqtisadi tədbirlər vasitəsilə nəzarətdə saxlamaq mümkündür.

 

Dəstək xidmətinə necə müraciət etməli?

Bunun üçün siz uniforex@unicapital.az ünvanına müraciət göndərməli və ya on-line konsultant vasitəsilə dəstək üçün müraciət etməlisiniz.