"Best Trader" Müsabiqəsi

“UniForex Best Trader” müsabiqəsində iştirak üçün QAYDALAR

Qeydiyyatdan keçmək üçün: uniforex@unibank.az elektron poçtuna“Müsabiqədə iştirak üçün ərizə forması” -nı doldurub göndərməklə, iştirak edən şəxs bununla müsabiqənin bütün şərtləri ilə razı olduğunu bildirir.
- Müsabiqə yalnız demo hesab üzrə aparılır.
- İştirakçıya müsabiqədə iştirak etmək üçün 3 000 USD (üç min) məbləğində virtual depozit ayrılır. Kredit çiyni isə 1:100 kimi qeyd olunur. İştirakçının ərizədə qeyd olunan elektron ünvanına loqin və şifrə göndərilir.
- İştirakçılara müsabiqənin startı haqqında elektron məktub göndəriləndən sonra müsabiqə rəsmi olaraq açıq elan olunur. Eyni məktub müsabiqənin başa çatması barədə də göndəriləcəkdir. Əgər iştirakçı sözü gedən məktubdan bir saat sonra bütün pozisiyaları bağlamasa, onun iştirakı qüvvədən düşmüş hesab olunacaq.
- Müsabiqəyə qeydiyyat müsabiqənin başlamasına 2 gün qalmış başa çatmalıdır. Müsabiqənin başlanması haqqında məlumat
www.uniforex.az saytında və uniforex-in facebook rəsmi səyifəsində yayımlanacaq.
- Eyni saytda (
www.uniforex.az və facebook-da) müsabiqənin gedişi haqqında, statistika və nəticələri barədə məlumat veriləcək. Müsabiqənin qalibləri haqqında məlumat 3 iş günündən sonra
www.uniforex.az www.facebook.com saytında uniforex səyifəsində veriləcək.
- Egər iki və ya çox hesablar üzrə eyni İP ünvan aşkarlanarsa, həmin hesab və iştirakçılar dərhal diskvalifikasiya olunacaqlar.
- Müsabiqənin qalibləri müsabiqənin sonunda ən yüksək balans ilə başa vurmuş 3 iştirakçı sayılır.

- Qaliblərin mükafatlandırılma mərasimi qaliblərin elan olunmasından sonra keçiriləcək.
- TOP 3-ə daxil olan treyderlər müsabiqənin şərtlərinə uyğun olaraq müxtəlif PR (reklam, foto, relizlər pressada və s.y.) aksiyalarında iştirak etmələrini təmin etməlidirlər.

 

Qaliblər üçün Mükafatlar
 

- Müsabiqənin TOP 3 qaliblərinə aşağıda qeyd olunmuş hədiyyələr veriləcəkdir və vəsaitlər real hesablarına otuzdurulacaq (real hesabı Uniforex açacaq):
 

1-ci yer – 1000 USD
2-ci yer – 300 USD
3-cü yer – 200 USD