Aşağıda qeyd olunanları yerinə yetirməklə, Siz Uniforex-da Real hesaba malik olursunuz:
1. “Unibank”-ın istənilən filialına yaxınlaşmalısınız;
2. Bank əməkdaşına şəxsiyyət vəsiqənizin əslini (sənədin qüvvədə olma tarixinə diqqət yetirin) təqdim etməli və özünüzün, avtomatik olaraq login və şifrənin göndəriləcəyi elektron ünvanınızı təqdim etməlisiniz;
3. Açdığınız cari bank hesabınıza vəsait daxil etməlisiniz. Dünya bazarlarına Uniforex vasitəsi ilə qoşulmaq üçün minimal depozit məbləği 300 USD təşkil edir. Zərurət olduqda, plastik kart sifariş edə bilərsiniz.
4. Uniforex-da hesab açmaq, balansı möhkəmləndirmək, və qazanılan vəsaiti hesabdan (filialdan) məxaric edilən zaman heç bir Komissiya Mövcud Deyil.
Beləliklə Siz ticarətə başlaya bilərsiniz!